19.10.2024, 17:20
AZ EN
20.07.2023, 19:00 327

Əziz Ələkbərli: Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb

XƏBƏRLƏR
  • Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında çıxışı zamanı qarşımıza konkret vəzifələr qoydu və eyni zamanda, Azərbaycan siyasətinin yeni xəttini elan etdi. Bu, həm daxili, həm də xarici siyasətimizdə artıq əsas hədəflərdən, prioritet məsələlərdən birinə çevrildi.

Bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərlə keçirilmiş görüşdə söyləyib.

Son altı ay ərzində media nümayəndələri ilə birlikdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda xeyli işlərin görüldüyünü bildirən Ə.Ələkbərli deyib: “İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsi BMT-nin dörd rəsmi sənədi kimi yayılıb. Bu, Qərbi Azərbaycan həqiqətlərinin, yəni, son iki yüz ildə tarixi torpaqlarımızda soydaşlarımıza qarşı törədilmiş cinayətlərin beynəlxalq müstəvidə qəbul və etiraf olunması, həmçinin erməni cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasıdır. Eyni zamanda, bir sənəd AŞPA-nın rəsmi sənədi kimi qəbul olunub. Bu, Azərbaycan diplomatiyasının, xarici siyasətinin çox böyük uğurudur. Bu uğurda təkcə Qərbi Azərbaycan İcmasının yox, mətbuat nümayəndələrinin də böyük xidməti var”. (AZƏRTAC)

Oxşar xəbərlər