Bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Agdamda jurnalistlərə verdiyi açıqlamasında deyib.
Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra XİN-in İllik Səfirlər Müşavirəsi ilk dəfə olaraq, bir il bundan öncə Şuşada, bu il isə Agdam şəhərində oldu.
“Bu təsadüfi deyil, çünki XVIII əsrdə Qarabağ xanlığının möhkəmləndirilməsində Şuşa ilə yanaşı Ağdamın da böyük rolu olub. Agdam Birinci Qarabağ müharibəsində özünü müdafiə batalyonları yaradaraq ətraf rayonların işğal olunmasına imkan vermədi. Bu bölgə 6 min insan şəhid verdi, buradan 16 Milli qəhrəmanımız var. Buna görə də bizim proqram məhz Şəhidlər Xiyabanından başladı”, deyə nazir əlavə etdi. ("Trend")