19.10.2024, 16:29
AZ EN
27.06.2023, 08:41 243

Forbes: Vardanyan Azərbaycan və Ermənistan arasında sabit sülh üçün əsas təhlükədir

XƏBƏRLƏR
  • Amerikanın ən nüfuzlu və tanınmış "Forbes" maliyyə-iqtisadi jurnalı Ruben Vardanyanı "Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider" adlandırıb.

Məqalədə qeyd olunub ki, mayın 28-də Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar "Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar." Vardanyan bir müddətdir ki, separatçılarla əlaqə saxlayır. Vardanyan özünün "Twitter" səhifəsində "insan haqları məsələləri ilə bağlı yazır və regionu Ermənistanla birləşdirən yolun qondarma “blokadası”ndan danışır”.

Üstəlik, məqalə müəllifin haqlı olaraq yazdığı kimi, Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə “ixrac edilən” kriminal oliqarx, vaxtilə separatçıların qondarma “dövlət naziri” olmuş Vardanyan çox güman ki, fərdi sanksiyalar riskinin qarşısını almaq üçün öz “vəzifəsini” tərk edib.

Müəllif əlavə edib ki, hazırda Vardanyan saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. (Trend)

Oxşar xəbərlər