02.08.2025, 16:53
AZ EN
11.06.2023, 19:55 375

Peter Mixalko Ukraynaya yardıma görə Azərbaycana təşəkkür edib

XƏBƏRLƏR
  • Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ukrayna tərəfinin müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə yardım göndərilməsini təqdir edib.

Bu barədə Peter Mixalko “Tvitter”-də paylaşım edib.

“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin - Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”, - deyə Peter Mixalko vurğulayıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təcavüzkarların cavab verəcəyini, mülki infrastrukturun məhv edilməsinin müharibə cinayəti olduğunu qeyd edib. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR