Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun da iştirak etdiyi görüşdə Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. ("Report")