Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.
"Son üç il ərzində dünya Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq səylərinə ciddi zərbə vuran çoxsaylı böhranlarla üzləşib. BMT-nin Baş Katibi bu yaxınlarda DİM-lərə nail olmaq üçün daha böyük öhdəlik, həmrəylik və təsirli fəaliyyətə təcili ehtiyac olduğunu vurğulayıb. Sentyabr ayında dünya liderləri BMT-nin Nyu-Yorkdakı Baş Qərargahına toplaşaraq DİM-ləri xilas etməyə və kollektiv səylərimizi canlandırmağa çalışacaqlar”, - o deyib.
"Azərbaycan həmişə 2030-cu il Gündəliyinə möhkəm sadiqlik nümayiş etdirib. Ölkə öz sürətli tərəqqi yolunu davam etdirdikcə, minatəmizlənməsi də daxil olmaqla, DİM-lərə nail olmaq üçün tərəfdaşlığımızı daha da gücləndirməyə ümid edirik”, - Vladanka Andreeva bildirib. (Report)