20.10.2024, 07:57
AZ EN
23.05.2023, 16:50 183

Kanadalı parlamentari: Azad olunmuş ərazilərdə aparılan işlərin miqyası heyrətamizdir

XƏBƏRLƏR
  • Azad olunmuş ərazilərdə aparılan işlərin miqyası heyrətamizdir. Burada “yaşıl şəhər” konsepsiyası və digər layihələr tətbiq olunur, onlar da öz növbəsində cəmiyyətdəki çağırışları həll etməyə kömək göstərir. Zəngilanda böyük yenidənqurma işləri aparılır. Bu işlər bu ərazilərdə gələcək və dayanıqlı cəmiyyətin yaranmasına töhfə verə bilər.

Bu sözləri Kanada parlamentinin üzvü Con Aldaq deyib.

O qeyd edib ki, kanadalılar Azərbaycanın istifadə etdiyi “Ağıllı şəhər” konsepsiyasını öz ölkələrində tətbiq etməyə çalışırlar. “Azərbaycan “Ağıllı şəhər” konsepsiyasının necə praktik və mükəmməl olduğunu öz nümunəsində göstərib. Zəngilan aeroportu bu ərazilərin gələcək turizm imkanlarının inkişafı üçün vacib amildir. Bu hava limanı olduqca müasir və gözəldir", - deyə parlamentari vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər