22.11.2024, 09:27
AZ EN
17.05.2023, 19:05 189

Rusiya XİN: Qərbin Azərbaycan-Ermənistan normallaşması ilə bağlı vasitəçiliyində qiymətləndirməyə heç nə yoxdur

XƏBƏRLƏR
  • Qərb ölkələri, xüsusi ilə də Avropa İttifaqı və ABŞ nümayəndələri üçtərəfli razılaşmaları qeyd etmirlər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı üçtərəfli razılaşmaları qeyd etməmələrinin səbəbi bu sülh təşəbbüsünün Rusiya tərəfindən işlənib hazırlanmasıdır: “Məhz bu, onlarda qıcıq doğurur ki, sülh təşəbbüsü Rusiyanın iştirakı ilə işlənib hazırlanıb və həyata keçirilir, praktiki nəticələr verir”.

Zaxarova Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini destruktiv adlandırıb: “Qərbin dediyi kimi keçirilən görüşlərdə müsbət irəliləyiş barədə konstruktiv və real nəticələr olmayıb. Yəni, nə gəldi demək mümkündür, lakin praktikada bu reallaşmır. Bu, o demək deyil ki, konstruktiv nəticələrə gətirib çıxaracaq addımları biz layiqincə qiymətləndirmirik. Biz hər zaman nizamlanmaya doğru hansısa düzgün gedişlər olanda müsbət tendensiyanı qeyd edirik. Bu istiqamətdə müvafiq nəticələr olacaqsa, o zaman mütləq yüksək qiymətləndirəcəyik. Hələ ki, qiymətləndirməyə heç nə yoxdur. Hələ ki, biz gündəliyə müdaxilə etmək arzusunu, Qərb tərəfindən hansısa nəticələri özünküləşdirmək hallarını, qısqanclığı görürük”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.("APA")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR