22.11.2024, 04:29
AZ EN
15.05.2023, 20:05 236

Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir

XƏBƏRLƏR
  • Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Brüssel görüşü bir çox baxımdan mühüm əhəmiyyətə malikdir:

“Brüssel görüşünü əhəmiyyətli edən ən mühüm amillərdən biri Brüssel formatının yenidən bərpa edilməsi ilə bağlıdır.

Bildiyiniz kimi, Azərbaycan hər zaman Brüssel formatından, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən razı olub. Tarixə nəzər salsaq görərik ki, buna mane olan yalnız Fransa olub. Hansı ki, artıq Fransanın bu müstəvidəki təxribatlarının qarşısı alınıb. Fransanın özünün də Avropa İttifaqında nüfuzu zəifləyib. Bu isə ölkəmizə imkan verir ki, öz maraqlarını Brüssel formatı və Avropa ittifaqı ilə münasibətlərdə daha uğurla bərpa etsin”.

Cəlil Xəliov qeyd edib ki, Azərbaycan Brüssel görüşündə Ermənistanı bir çox həqiqətləri etiraf etməyə, eyni zamanda mövcud reallığı qəbul etməyə vadar edib:

“Brüssel görüşünün digər bir önəmi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Bu görüşdə rəsmi İrəvan liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə sadiqliyini təsdiqlədi, Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın isə 86,600 kvadrat kilometr ərazisiyə malik olduğunu etiraf etdi. Bu, dövlətimizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi oldu.

Bundan başqa, Ermənistan Zəngəzur dəhlizinin açılmasının da zəruriliyini təsdiqlədi. Zəngəzur dəhlizinin açıması ideyası Avropa Birliyi tərəfindən də ciddi şəkildə dəstəkləndi. Başqa sözlə desək, Brüssel görüşü Zəngəzur dəhlizinin açılması prosesinə bir qədər də təkan verdi, onun strateji önəmini bir daha ortaya qoydu”.

Polkovnik qeyd edib ki, qarşıdakı Kişinyov görüşündə ermənipərəst Fransanın iştirakı formal xarakter daşıyır və heç bir ciddi önəm kəsb etmir:

“Bildiyiniz kimi, qarşıda Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü gözlənilir. Lakin tərəflərin bu tərkibdə bir araya gəlməsi format deyil. Bu, orada keçiriləcək sammit çərçivəsində qeyri-rəsmi bir görüş olacaq. Görüşdə hər zaman Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdirən Almaniya da iştirak edəcək ki, bu da Fransa faktorunu tamamilə neytrallaşdıracaq. Bir sözlə, Fransanın Kişinyov görüşündə iştirakı heç bir əhəmiyyət kəsb etməyəcək. Azərbaycan Brüssel görüşündə olduğu kimi qeyri-rəsmi Kişinyov görüşündə də öz mövqeyini qətiyyətlə müdafiə edəcək və Ermənistanın diplomatik məğlubiyyəti daha da dərinləşəcək”.("Trend")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR