19.09.2024, 05:32
AZ EN
14.05.2023, 22:26 275

Şarl Mişel: Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm.

Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib.

O deyib: “Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”.

Oxşar xəbərlər