23.11.2024, 05:13
AZ EN
14.05.2023, 12:59 195

Türkiyə Prezidenti: "Səsvermə prosesi problemsiz davam edir"

XƏBƏRLƏR
  • "Məndə olan məlumata görə səsvermə prosesi problemsiz davam edir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş bölgələrdə səsvermə prosesinin problemsiz keçirilməsidir: "Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür".

R.T.Ərdoğan söyləyib ki, seçkilərin nəticəsini İstanbuldan izləyəcək. (Report)

Oxşar xəbərlər