Bu barədə öz "Twitter" səhifəsində Fransa Senatının üzvü Natali Qule bildirib.
O, öz tvitində “Financial Times” qəzetinin “Ermənistan Qərbdən idxalı kəskin artıran və Rusiyaya ixracı artıran ölkələr sırasındadır” yazısından da sitat gətirib.
Qeyd edək ki, "New York Times" tərəfindən aparılan tədqiqata görə, Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasına daxildir.
Ermənistandan Rusiyaya çip və digər elektron komponentlərin təkrar ixracında sıçrayış qeydə alınıb. Belə ki, Rusiyaya silah istehsalında mühüm əhəmiyyət daşıyan bu çiplərin səkkiz konkret növü tədarük olunur.
"ABŞ-nin Sənaye və Təhlükəsizlik Bürosunun möhürü olan sənədlərdən birində deyilir ki, 2022-ci ildə Ermənistan ABŞ-dən 2021-ci illə müqayisədə 515 faiz daha çox, Aİ-dən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Sonra isə Ermənistan 97 faiz eyni məhsulları Rusiyaya ixrac edib", - "New York Times" qəzetindəki məqalədə deyilir.
Bundan əvvəl ABŞ-nin Ticarət Nazirliyi, Xəzinədarlıq Nazirliyi və Ədliyyə Nazirliyi olmaqla 3 nazirliyi tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub.
Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçınmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belorusiyaya qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur. (Trend)