21.11.2024, 23:58
AZ EN
01.05.2023, 11:27 269

Ağalar Əliyev: Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı

XƏBƏRLƏR
  • Heydər Əliyev Azərbaycanın dünya siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Müstəqilliyin ilk illərində naşı və xəyanətkar AXC-Musavat hakimiyyəti ölkəni məhvə aparırdı. Azərbaycanda xaos, anarxiya pik həddə çatmışdı. İqtisadiyyat məhv edilmiş, ölkə talan olunmuşdu.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Ağalar Əliyev bildirrib.

O, əlavə edib ki, həmin illərdə silahlı qruplaşmaların özbaşınalığı, cinayətkarlığın artması, daxili çəkişmələr baş alıb gedirdi. Cənubda və Şimalda separatçılıq baş qaldırmışdı.

"Bir tərəfdən də Ermənistan torpaqlarımızı işğal edirdi. Həmin dövrdə təhlükəsizlik orqanlarının əməkdaşı kimi tez-tez Qarabağ bölgəsinə ezam olurduq. Şuşa işğal olunmamışdan bir neçə ay əvvəl şəhərin ağsaqqalları yığışıb Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdilər. Bizə ciddi cəhdlə deyirdilər ki, Bakıdakı rəhbərliyə çatdıraq ki, Şuşanın, Qarabağın işğalının qarşısını ancaq Heydər Əliyev kimi qüdrətli siyasətçi ala bilər. Amma təəssüf ki, Bakıdakı bəzi satqınlar ulu öndərin qayıdışının qarşısını alırdılar və şəhərlərimiz, kəndlərimiz sürətlə işğal olunurdu. Vəziyyət get-gedə daha da təhlükəli hal alır", - deyə A.Əliyev əlavə edib.

A.Əliyev qeyd edib ki, Heydər Əliyevin qətiyyəti, böyük siyasi təcrübəsi ölkəmizi uçurumun astanasından qaytardı. Azərbaycanda sabitlik, əmin-amanlıq yarandı, neft kontarktı imzalandı və bununla da iqtisadiyyat tədricən inkişaf etdi.

"Cəbhədə atəşkəs elan oldundu və Heydər Əliyev ordu quruculuğuna başladı. Ulu öndərin təməlini qoyduğu ordu sonrakı illərdə inkişaf etdi, gücləndi və biz ordumuzun gücünü 44 günlük Vətən Müharibəsində bütün dünyaya göstərdik. Azərbaycan xalqı əbədi olaraq Heydər Əliyevin əziz xatirəsini dərin hörrmət və ehtiramla anacaq. Çünki, biz hər birimiz dövlətimizin var olmasına görə ulu öndərə borcluyuq", - deyə A.Əliyev əlavə edib.

Oxşar xəbərlər