22.11.2024, 10:22
AZ EN
14.04.2023, 11:40 281

S.Sarkisyan baş naziri şərçi adlandırdı

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin dünənki iclasında ölkədəki durum barədə bir neçə fikir səsləndirib. O, Azərbaycanla sülh müqaviləsinin gərəkliyini, sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsini bölgədə sülh və təhlükəsizlik məsələləri baxımından önəmli hesab edib.

Azərbaycanın əleyhinə yenə xeyli əsassız tənqidlər ünvanlayan baş nazir sabiq iqtidarların fəaliyyətini də kəskin tənqid edərək, belə bir açıqlama verib ki, Serj Sarkisyan prezident olarkən Qarabağın doğrudan da Azərbaycanın ərazisi olduğunu təsdiqləyən məxvi sənədə imza atıb. Onun bu fikirləri Sarkisyanın ciddi narazılığına səbəb olub və Xocalı qatili bildirib ki, baş nazir ona şər atır. "Əgər belə sənəd varsa, qoy mətbuatda dərc etdirsin", - deyə barəsində dünən keçirilən məhkəmənin də sifarişli olduğunu həyasızcasına bildirən Serjik yenə də revanşçı mövqedə durduğunu təsdiqləyib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR