Bunu ölkənin Baş naziri İrakli Kobaxidze "TRT World" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişin imzalanması ölkələrin iqtisadiyyatının yaxşılaşdırılmasına da kömək edəcək.
"Mən bu sülh sazişini son dərəcə vacib hesab edirəm. Son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox mühüm rol oynayıb və dənizə çıxışı olmayan qonşularımız Ermənistan və Azərbaycan üçün çox önəmli rol oynamağa davam edir. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların iqtisadi inkişafında həlledici rola malikdir. Məhz buna görə də biz iki ölkə arasında sülh sazişinin imzalanmasına çox şadıq.
İndi hər üç ölkədə yüksək iqtisadi artım templəri müşahidə olunur və bu, sülh və üç ölkə arasında çox yaxşı əməkdaşlıq sayəsində mümkün olub. Buna görə də biz eyni ruhda davam etməliyik. Gürcüstanın Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı baxışı belədir", - İ.Kobaxidze qeyd edib. (Report)