27.10.2025, 21:11
AZ EN
01.09.2025, 21:05 171

Ermənistan XİN ŞƏT-ə üzv olmaq üçün müraciətinin bloklanması ilə bağlı şayiələri şərh etməyib

XƏBƏRLƏR
  • Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın rəsmi İrəvanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciətini bloklaması ilə bağlı xəbərləri şərh etməyib.

Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Novosti-Armenia"ya açıqlamasında məsələ ilə bağlı təfərrüatlara varmaqdan imtina edib.

"Hazırda prosesin təfərrüatlarına varmayacağıq, lakin deyə bilərəm ki, biz Ermənistanın üzvlük məsələsində kifayət qədər konstruktiv yanaşma və qarşılıqlı anlaşma görürük. Bu anlayışla biz təşkilatla qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ŞƏT-ə üzv dövlətlərlə işi davam etdirəcəyik", - o deyib. (Report)

Oxşar xəbərlər