10.06.2025, 00:17
AZ EN
20.12.2024, 11:30 268

Davoyan çevriliş etmək istəyir?

XƏBƏRLƏR
  • Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Arpi Davoyanın "Anif" xeyriyyə fondundan vəsaitin mənimsənilməsi ilə bağlı partiyanın rəhbərliyi qarşısında məsələ qaldırması və bu cinayətdə İrəvan şəhər merinin birbaşa əli olduğunu bildirməsi ona qarşı hücumların artması ilə nəticələnib.

"Hraparak" xəbər verib ki, son günlər onun adı daha çox partiya rəhbəri, baş nazir Nikol Paşinyana xəyanət etməkdə hallandırılır. Deyilir ki, o, tez-tez anadan olduğu Loru vilayətinin Stepanavan şəhərinə gedir və oradakı varlı müxalifət nümayəndələri ilə sövdələşmələr aparır. Müdafiə naziri Suren Papikyanın da həmin bölgədən olması və Arpi ilə dostluq münasibətlərini davam etdirməsi də opponentlərin ən çox ehtiyatlandığı amil kimi xarakterizə olunur. Belə bir fikir də dolaşır ki, bu iki nüfuzlu həmyerli korrupsiya ilə mübarizə adı altında dövlət çevrilişi etmək  barədə razılığa gəliblər.

N.Qaramanlı

Oxşar xəbərlər