“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistanın Müdafiə Nazirliyinə istinadən yayılan məlumata görə, Papikyan Parislə İrəvan arasında əvvəlki razılaşmaların həyata keçirilməsinin və yenilərinin əldə edilməsinin əhəmiyyətini vurğulayıb.
Ermənistanın müdafiə naziri fransalı həmkarı ilə ikitərəfli razılaşmalar barədə geniş fikir mübadiləsi aparıblar. Sebastian Lekornu ölkəsinin Ermənistanla ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqliyini bildirib. Hər iki tərəf əməkdaşlığın uzunmüddətli institusional əsasda qurulduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-da Fransada işgüzar səfərdə olub.
Elxan SALAHOV