23.12.2024, 10:19
AZ EN
09.12.2024, 21:15 147

Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur

XƏBƏRLƏR
  • “Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb.

Prezident qeyd edib ki, rəsmi Ankara Suriyada sabitliyin bərpasında maraqlıdır: “Türkiyə dünən olduğu kimi, bu gün də Suriya xalqının yanındadır. Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır. Dünəndən etibarən Suriyada qaranlıq dövr keçmişdə qalıb, aydınlıq dövr başlayıb”. (Report)

Oxşar xəbərlər