Bu barədə xəbər verən "Hraparak"ın müxbiri Hayk Gevorkyan bildirib ki, keçiriləcək aksiyada məqsəd iqtisadiyyat komitəsinin taksilərin fəaliyyətində islahat adı ilə sürücülərdən gündəlik qazanılan vəsaitin 25 faizinin dövlətə vergi ödəməsinin qarşısını almaqdır. "Sürücü yoldaş" ictimai birliyinin sədri Tiqran Kehyan və iqtisadiyyat komitəsinin mətbuat katibi Lusine Mkrtçyan isə sürücülərin mitinqə çıxmasının düzgün olmadığını bildirərək deyiblər ki, sentyabrın 1-dən qüvvəyə minən sözügedən islahat həm dövlət, həm də taksi sürücüləri üçün faydalıdır və buna sürücülər özləri tezliklə şahid olacaqlar. Özünü müstəqil ekspert kimi təqdim edən, H.Dallakyan isə bu fikirləri təkzib edərək bildirib ki, islahat adı ilə aparılan dəyişiklik taksi sürücülərinin qazanclarını ən azı 25 faiz azalmasına və onların daha da kasıblamasına səbəb olmaqla ölkədaxili siyasətin yarıtmaz olduğunu göstərir.
Nəsib Qaramanlı