21.09.2024, 06:53
AZ EN
25.07.2024, 10:49 206

Ermənistan suverenliyini itirir

XƏBƏRLƏR
  • Ermənistan cəmiyyətinə hələ ötən əsrin 90-cı illərindən məlum olan Vaxtanq Siradeğyan "Hraparak"ın bu günkü yayımındakı məqaləsində ölkəsinin düzənini və bu gününü öz prizmasından təhlil edib.

Xatırladır ki, Ermənistan sovetlər birliyinin tərkibində olsa da xalq həmişə Qərbə meyl edib. 1988-ci ildə isə kütləvi mitinqlər keçirərək o vaxtkı DQMV inzibati ərazisinin Ermənistana birləşdirilməsinə çalışıb. 1991-ci ilin avqust olayından sonra guya SSRİ-nin tərkibindən birincilər sırasında çıxan Ermənistanda Qərbə yaxınlaşma meylləri daha da artıb. Amma Kremlin təsirindən qurtara bilməyib. Paşinyanın məhz Qərbin əli ilə hakimiyyətə gəldiyini dəfələrlə vurğulayan müəllif onun hələ də siyasi proseslərdən baş çıxara bilmədiyini isə xüsusi vurğulayıb.

Yazıb ki, Qarabağda müharibə olmasında, ermənilərin olanı tərk etməsində də günahkar məhz Paşinyandır. O, əlavə edib ki, artıq Ermənistanın mərkəzi bankı da məhz Qərb prinsipləri ilə işləməyə başlayıb. Rusiya ilə münasibətlərdəki soyuqluğun aradan qalxması üçün iş görmək əvəzinə Qərblə yaxınlaşma istiqamətində addımlar atıldığını xüsusi qeyd edən Vaxtanq Siradeğyan, nəhayət, vurğulayır ki, Ermənistan öz suverenliyini itirmək yolunu tutub və bu, ilk növbədə qonşu Azərbaycanın marağına uyğundur.

Nəsib Qaramanlı

Oxşar xəbərlər