20.04.2025, 06:21
AZ EN
15.03.2024, 11:17 319

Paradoksal xalq

XƏBƏRLƏR

Özünəxas yaradıcılıq üslubu olan, məqalələrinə seçdiyi məntiqli başlıqlarla da digər haylardan fərqlənən Armine Ohanyanın bu günkü yazısı "Paradoksal xalq" adlanır. Əvvəlki yazılarında soydaşlarını ana bətnində qorxaq, beyni yuyulmuş, güclüyə itaətkar adlandıran A.Ohanyan martın 15-də baş redaktoru olduğu "Hraparak"da yazıb ki, dünyada hay xalqı kimi təzadlı xalq yoxdur. İnsanlar səhər küçəyə çıxanda elə bilirsən ki, ölümə doğru yola düşüblər. Üz-gözlərindəki müəmmalar da diqqət çəkir. Bəziləri FB səhifəsində öz dərdinə çarə axtarır, bəziləri də qocaların söhbətlərinə qulaq asdıqca paradoksal olduqlarına inamları daha da güclənir. Ölkədə tanınmış və yeni fəaliyyətə başlayan siyasi şərhçilərin, analitiklərin fikirlərini analiz etməyi belə ağlına gətirməyən toplumun bir hissəsi bunu reallıq kimi qəbul edir, digər qismi isə çaş-başlığını günlərlə özünün yaşam tərzinə çevirir. Ölkədə kimin hansı siyasi mövqedə olduğu da bilinmir. Son 6 ildə Nikol Paşinyana və onun Vətəndaş müqaviləsi partiyasına 2 dəfə səs verənlər onların "gələcək var" şüarının əsiri olublar. "Amma bu da paradoksaldır və paradoksal xalqın gələcəyi yox, dəfn edilmiş keçmişi olur", - deyə A.Ohanyan yazısının sonunda Ermənistanda normal dövlət olmayacağı qənaətinə gəldiyini də vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər