19.06.2025, 12:53
AZ EN
12.03.2024, 14:16 367

Putin Paşinyanın zənglərinə cavab vermir?

XƏBƏRLƏR
  • Baş nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında KTMT-Ermənistan münasibətləri barədə sualın cavabında belə deyib: "... siyasi qərarları real əməllə qarışıq salmaq olmaz. Əgər KTMT bizim suallarımıza cavab versə və həmin cavablar bizim düşüncələrimizə uyğun olsa hər şey həll ediləcək. Belə olmasa Ermənistan KTMT-dan çıxacaq".

Jurnalistin "Bəs, Putinlə sonuncu dəfə nə vaxt danışmısınız?" sualı ilə bağlı isə N.Paşinyan belə cavab verib: "Nə vaxt? Deyə bilmərəm". Bir qədər fikirləşdikdən sonra isə "Yeni ildən əvvəl idi" deyib. Müxbirin "Putin Sizin zəngə cavab vermirmi?" sualı isə cavabsız qaldığına görə "Hraparak"ın müxbiri iddia edir ki, Rusiya prezidenti Ermənistanın baş nazirinin zənglərinə cavab verməməklə onu dövlət başçısı kimi tanımadığını bildirir.

Görünür, Paşinyan cəzalanma ərəfəsindədir.

N.Qaramanlı

Oxşar xəbərlər