"Daşnaksütyun"un Ermənistan şöbəsinin mərkəzi şurasının üzvü, parlament sədrinin sabiq müavini Eduard Şarmazanov çoxdandır mətbuatda görünmürdü. "Hraparak"ın bugünkü sayında isə onun FB səhifəsindəki paylaşım yayılıb. O, "müharibədən yox, dinc yolla türkləşmədən qorxmaq lazımdır" deyə bildirir ki, müharibə hər bir ölkədə baş verir və tərəflərdən biri qalib olur. 1939-cu ildə SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək haqqında müqavilə imzalansa da 2 il sonra müharibə başladığını xatırladan E.Şarmazanov Paşinyan iqtidarının düzgün siyasət aparmadığını daim tənqid etdiyini xatırladaraq belə bir fikrin üzərində dayanır ki, indiki iqtidar əhalini türkləşməyə hazırlayır. Beş ildir səslərinin eşidilmədiyini yenidən xatırladan sabiq spiker müavini belə bir sərsəm qənaətə gəldiyini söyləyir ki, guya Paşinyan və komandası istefa verərsə Ermənistanda siyasi ovqat tam dəyişə bilər və müharibə olarsa, qələbə çalınar. Xəstə təxəyyülləri ehtiva edən bu fikirlərin sahibinin də yəqin başı yumruq arzusundadır.
N.Qaramanlı