21.09.2024, 06:54
AZ EN
26.12.2023, 16:30 234

Separatçılar "ictimai təşkilat" yaradıblar

XƏBƏRLƏR

"Hraparak" dekabrın 26-da günortadan sonra belə bir xəbər yayıb ki, Qarabağdan köçən ermənilərin müxalif "Ədalət" partiyasının təsisçiləri "ədalət və qayıdış" adlanan ictimai birlik yaratdıqları barədə açıqlama veriblər. Əlavə olunur ki, sözügedən təşkilatın missiyası, görəcəkləri işlər barədə təşkilatın sabah saat 16-da Ara Sarkisyan küçəsi, bina 6-da yerləşən ofisində mətbuat konfransında ətraflı məlumat veriləcəkdir.

Yeni yaradılan separatçı təşkilatın sədri özünü "arsax parlamentinin deputatı" kimi təqdim edən Metakse Hakopyandır.

Xatırladaq ki, M.Hakopyan hələ Xankəndidə yaşayarkən Azərbaycan əleyhinə təhqiramiz fikirlər səsləndirməklə daim gündəmdə olurdu.

Nəsib

Oxşar xəbərlər