Qarabağdan könüllü köçən ermənilərin və onları qızışdırıb küçələrə salanların aksiyası ilə yanaşı İrəvanda bələdiyyə seçkilərindən narazı olanların da etiraz mitinqi davam edir. "Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, müxalif "mayr Hayastan" fraksiyasının şəhər bələdiyyəsinin önündə keçirdiyi aksiyadan ehtiyatlanan hökumət orada əlavə polis qüvvələri yerləşdirib. Əlavə olunub ki, bələdiyyənin 2024-cü il üçün büdcəsi sözügedən fraksiyanın iştirakı olmadan keçirilir və bu, qeyri-qanunidir. Vətəndaş müqaviləsi partiyası ilə "Respublika" partiyasının koalisiya yaratması, "mayr Hayastan"ın qanunsuz olaraq həmin koalisiyaya qəbul edilməməsi isə hətta fiziki qarşıdurmaya gətirib çıxara bilər. Müxalifət isə fürsətdən istifadə edərək hakimiyyətin istefası üçün göstərdiyi dirənişi həm də bu olay vasitəsi ilə gücləndirə bilər.
Nəsib