Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Moskva və Ankara yaxşı qonşu olmaq üçün hər şeyi edirlər. Türk dilində belə bir atalar sözü var - mən təhsilcə türkoloqam - yaxşı qonşu pis qohumdan yaxşıdır”, - Peskov bildirib.
Onun fikrincə, qarşılıqlı əlaqələr ikitərəfli əməkdaşlıqdan geniş şəkildə istifadə etməyə, daha çox şirkəti əməkdaşlığa cəlb etməyə imkan verir.
"Bu, həqiqətən də görünməmiş qarşılıqlı əlaqədir", - Kreml sözçüsü əlavə edib. (Report)