19.10.2024, 18:17
AZ EN
22.05.2023, 14:21 225

Ermənistan KTMT-dən çıxacaq?

XƏBƏRLƏR
  • Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yararsız hesab edəcəyi təqdirdə təşkilatdan çıxacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə mətbuat konfransında deyib.

“Əgər Ermənistan KTMT-dən çıxmaq barədə hüquqi qərar qəbul etsə, bu, təşkilatın İrəvanı tərk etməsindən sonra baş verəcək. Əgər KTMT fəaliyyətsiz təşkilata çevrilərsə, məsələ gündəliyə gələcək. O zaman biz təhlükəsizliyimizi özümüz təmin etməli olacağıq”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənd şəhərində imzalanıb. Hazırda təşkilata altı dövlət - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan, Belarus və Rusiya daxildir. (AZƏRTAC)

Oxşar xəbərlər