19.09.2024, 16:36
AZ EN
04.04.2023, 19:50 211

Amputant oyunçuların dostluq oyunu keçirilib

XƏBƏRLƏR
  • Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Mina Təmizləmə Agentliyi və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçuları arasında  dostluq oyunu keçirilib.

Bakı Olimpiya Stadionunda “Minalara yox deyək” şüarı altında təşkil olunan maçtda Azərbaycanın amputant millisinin üzvləri, Vətən müharibəsi və Aprel döyüşləri iştirakçıları, həmçinin digər şəxslər iştirak ediblər.

Haqq savaşında düşmənin  gözünə dik baxan qazilərimiz bu gün yaşıl meydanda öz futbol bacarıqları ilə azarkeşlərinə seyr zövqü yaşadır. Minadan zərərçəkən oyunçuların burda aputant kimi iştirak etməsi, onların daha çox cəmiyyətə inteqrasiya olunmasına hədəflənib.

Şərti olaraq, “Ağlar” və “Göylər”ə bölünən iki komanda arasındakı oyun maraqla irəliləyirdi. Hər biri mina terrorunun qurbanları olmalarına baxmayaraq, son dəqiqəyə qədər mübarizə apardılar. Bu, onların ilk oyunları da deyil.

44 günlük Vətən müharibəsinin qazisi Xəyal Qurbanov deyir ki, düşmən tərəfindən basdırılmış mina qurbanı olmuşam. Bu, bizim ilk oyunumuz deyil. Bizim həm şəhərlərdə, həm də rayonlarda demək olar ki, bir neçə komandalarımız mövcuddur. Mən hal-hazırda Gəncə amputant komandasının üzvüyəm. Bu gün burda öz amputant yoldaşlarımın yanındayam.

II qrup Qarabağ qazisi Fərhad Əyyubov Ağdamda döyüş tapşırığını yerinə yetirərkən ayağından snayper gülləsinə tuş gəlib. Üç ildir ki, bu futbolda olduğu kimi, gündəlik həyatında da ayağı əlində gəzdirdiyi çəlik idi.

Fərhad Əyyubov deyir ki, bu bizi0m üçün çox vacibdi. Yeni yaranmağımıza baxmayaraq, biz əlimizdən gələni edirik. Azərbaycanda bugün bizim kimi potensiallı insanlar həddindən artıq çoxdur. Çünki minadan zərər çəkmiş insanlar Azərbaycanda daha çoxdur və biz bu gün bunu bacarsaq, inanıram ki, gələcəkdə necə ki, döyüş meydanında, eləcə də yaşıl meydanlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıracağıq.

Onlar komanda olaraq bacardıqlarının ən yaxşısını etməyə çalışırlar. Elə ilk dəqiqələrdə də təşəbbüsü ələ aldılar. Komanda ardıcıl iki dəfə fərqlənməyə müvəffəq oldu. Qeyd edək ki, komandanın kapitanı Çingiz Məmmədov 1994-cü ildə Füzulidə minaya düşüb və ayağı dizdən aşağı amputasiya olunub. Çingiz Məmmədov deyir ki, artıq beş ildir ki, futbol oynayıram və ən böyük istəyim də bu sahədə Azərbaycanı layiqincə təmsil etməkdir. Hesabda biz irəli çıxa bildik. Bu oyunda demək olar ki, hamımızın səviyyəsi eynidir. Mənim futbola gəlməyim 2018-ci ildən başlayıb. Çalışacağıq ki, bundan sonra da Azərbaycanımızı layiqincə təmsil edək.

Matçı izləyən azarkeşlərin futbol coşqusu oyuncuları daha da həvəsləndirirdi.

Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld bildirdi ki, məncə, onlar inanılmaz bacarıqlara sahibdir, hər kəsin çox cəsur ürəyi var və minalara yox deyək.

Amputant futbolçuların dostluq oyunu adların 4 G hesablı qələbəsi ilə yekunlaşdı. Hər iki komandanın qapısına atılan qollara sevinən azarkeşlər üçün isə qalib çoxdan müəyyənləşib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR