22.11.2024, 10:05
AZ EN
17.11.2022, 18:40 237

Xəzər İsayev: Doğma Qarabağımızda da dünyaşöhrətli idmançıların yetişəcəyinə əminəm

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş doğma torpaqlarımıza “Böyük Qayıdış” üçün lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən böyük işlər görülür. Otuz il düşmən tapdağı altında qalan, tamamilə dağıdılan ərazilərimizə tam normal həyatın qayıtması üçün yaşayış məntəqələrində idman, sağlamlıq və mədəni-məişət xidməti infrastrukturunun qurulması da vacibdir.

Bunu Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bildirib.

Dünya çempionu Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan tədbirlər planına əsasən, Olimpiya idman komplekslərinin 2024-2026, universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) isə 2023-2026-cı illərdə tikintisinin nəzərdə tutulduğunu bildirib: “Artıq layihə var və bu istiqamətdə işlər davam edir. Ümid edirik ki, gələcəkdə dünya miqyaslı tədbirlər həmin olimpiya bazalarında da yüksək səviyyədə təşkil olunacaq”.

“Dövlətimiz Qarabağda rayon və qəsəbələrimizin yenidən qurulması üçün nəzərdə tutulan bütün işləri görür. Bu gün qüdrətli Azərbaycan, həm də qabaqcıl idman ölkəsi kimi tanınır. Azərbaycanda dövlət səviyyəsində idmana qayğı göstərilir, bu sahənin inkişafı ilə bağlı ardıcıl siyasət aparılır, ən yüksək səviyyədə idman infrastrukturu yaradılır. Əminik ki, işğaldan azad edilmiş doğma torpaqlarımızda da ən müasir tipli Olimpiya idman kompleksləri, stadionlar, zallar və digər idman infrastrukturu qurulacaq. İnanırıq ki, Qarabağımızda da dünyaşöhrətli idmançılar yetişəcək və Azərbaycanın Dövlət Himnini ən mötəbər idman tədbirlərində səsləndirəcəklər”, - deyə MOK-un rəsmisi əlavə edib.

O, idmanın inkişafına dövlət səviyyəsində daim diqqət və qayğı göstərildiyini qeyd edib. Bu yaxınlarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin bir qrup şəxsi təltif etdiyini xatırladan X.İsayev bunun üçün dövlətimizin başçısına təşəkkürünü bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR