17.01.2026, 19:43
AZ EN
10.01.2026, 15:20 124

Yaşar Bəşirov: Azərbaycanda idman bütün sahələr üzrə yaxşı inkişaf edir

XƏBƏRLƏR
  • Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, idman bütün sahələrdə, eləcə də karate idmanı üzrə sürətlə inkişaf edir.

Bu sözləri müsahibəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov söyləyib. Onun sözlərinə görə, bu gün idmanın karate növü üzrə Tbilisidə keçirilən turnirdə Azərbaycandan 21 karateçi iştirak edir: "İdmançılarımız bu yarışa ciddi hazırlaşıblar. Onlar yaxşı başa düşürlər ki, bu yarış A kateqoriya (A Seriya) yarışıdır. Burada qazanılan reytinq xalları toplanacaq və yüksək xal qazanan idmançılarımız gələcəkdə 32-lik adlanan yüksək turnirdə iştirak hüququ qazanacaqlar. Bundan sonra onlar, həmçinin dünya və Avropa birinciliyində də inamla iştirak edə biləcəklər".

Y.Bəşirov deyib ki, karate sahəsində yaxşı idmançılar yetişir. "İnanırıq ki, onlar yaxın gələcəkdə ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaq və beynəlxalq turnirlərdə Azərbaycan bayrağını uca zirvələrə qaldıracaqlar", - deyə federasiya prezidenti vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər