28.10.2025, 00:17
AZ EN
02.10.2025, 13:17 255

"Qarabağ"ın gəlirləri də artır

XƏBƏRLƏR
  • Beynəlxalq əhəmiyyətli turnirlərdə qazandığı qələbələrlə azarkeşlərini sevindirən "Qarabağ" futbol klubu Azərbaycana qazandırdığı dividentləri ilə də ölkənin önçülləri sırasındadır. Ağdamın "Qarabağ" komandası  2024-cü ildə Azərbaycanda ən böyük mənfəət əldə edən futbol klubu olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilir. Qeyd olunur ki, klub ötən ili 877 min manat xalis mənfəətlə başa vurub. Bu, ölkənin futbol klubları arasında ən yüksək göstərici hesab olunur. Ötən il ən böyük mənfəət əldə edən futbol klubları arasında ikinci yeri "Sabah", üçüncü yeri isə "Şamaxı" tutub.  Belə ki, son illərdə Azərbaycan futbolunun favoritlərindən birinə çevrilən "Sabah" klubu 2024-cü ildə 717 min manat, "Şamaxı" isə 548 min manat xalis mənfəət əldə edib.

Xatırladaq ki, "Qarabağ" Futbol Klubu 2023-cü ili böyük zərərlə başa vurmuşdu. Həmin ilə klub 1 milyon 782 min manat zərərlə işləmişdi. Həmin il Azərbaycan Premyer Liqasında çıxış edən 10 futbol klubunun ümumi gəlirləri 47 milyon avro olub ki, bunun da 18 milyonu (38 faiz) kommersiya gəlirindən əldə edilib. Əldə edilmiş gəlirlərin 16 milyonunu, yəni 33 faizini Ağdamın təmsilçilərinə UEFA verib. Digər gəlirlər 13 milyon avro (27 faiz), bilet satışından qazanc isə 1 milyon avro (2 faiz) göstərilib.

Elxan SALAHOV

Oxşar xəbərlər