- "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu, ağdamlıların Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.
Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib. Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-offunda iştirak hüququ əldə edib.