Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
"VVIP C" və "VVIP D" sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
- iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la keçirəcəyi cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.
Günel QULİYEVA