Bu gün yarış Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edib.
2011-2012 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak yarışında Mustafa Vəlizadə bürünc mükafat qazanıb.
Eyni məsafəyə 2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə gümüş medala sahib çıxıb.
2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov dueti bürünc mükafat əldə edib.
Nəhayət, 2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.
Qeyd edək ki, turnir mayın 2-də başa çatacaq. Ötən gün Suqovuşandakı yarışda idmançılarımız 3 bürünc mükafat əldə ediblər. (Report)