Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Çempionatın beşinci günündə Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb.
Hüseyn Hüseynov (55 kiloqram) startda türkmənistanlı Azatberdi Aşırquliyevdən güclü olub – 3:1. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə heç bir şans verməyib – 11:1. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmana 2:5 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda yarışda Hüseynov ermənistanlı Qaqik Qazaryanı 2:1 hesabı ilə üstələyərək dünya çempionatını 3-cü pillədə başa vurub.
Muxamad Qantemirov (110 kiloqram) 1/8 finalda amerikalı Maykl Mokkoya uduzub – 6:16. Belaruslu Yaraslav Koxan təsəlliverici görüşə gəlmədiyi üçün Qantemirov birbaşa üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Gürcüstanlı Qiqiya Lukunidze üzərində inamlı qələbə (7:0) qazanan Muxamad bürünc mükafatı boynundan asıb. (APA)