18.04.2025, 17:01
AZ EN
09.02.2024, 21:05 319

Azərbaycan Kuboku: "Neftçi" yarımfinalda "Qarabağ"a rəqib olub

XƏBƏRLƏR
  • Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sonuncu cavab matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən "Neftçi" yarımfinala yüksəlib. Komanda bu raundda "Qarabağ"la üz-üzə gələcək. (Report)

Oxşar xəbərlər