Bu barədə Avropa çempionatında gümüş medal qazandıqdan sonra Vətənə qayıdan Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Mükafatçısı olduğu Avropa çempionatının yarımfinal mərhələsində erməni güləşçi ilə görüşünə toxunan idmançı ona qarşı xüsusi taktika işlətdiyini söyləyib:
“Erməni ilə artıq dördüncü dəfədir qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci seti aşağıda oturum, ikinci setdə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim, rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam və bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd edəsi oldum. Onun üzərində işləmişdim, icra edib qələbə çalaraq finala vəsiqə qazandım”.
T. Məmmədov karyerasının başa vurmaq niyyətində olduğunu də vurğulayıb:
“İrəlidəki dünya çempionatında isə qızıl medal qazanaraq karyeramı başa vurmaq istəyirəm”. (Report)