IDEX-2023-də Beynəlxalq Silah Sərgisində Azərbaycan Müdafiə Sənayesi naziri Mədəd Quliyevin keçirdiyi görüşlər və danışıqlar bir sıra ölkələrin bizimlə hərbi sənaye sahəsində əməkdaşlıq etmək marağında olduğunu göstərir. Avropa, Şimali Afrika ölkələrində yüksək randlı nümayəndəliklə keçirilən görüşlər onu göstərir ki, silah-sursat biznesində Azərbaycan da müəyyən mövqeləri ələ keçirə bilir. Eləcə də Asiya ölkələrinin və Ərəb Dili Dövlətlərinin nümayəndələri ilə aparılan danışıqlar belə deməyə əsas verir ki, Azərbaycanla birgə işləmək və istehsal etdiyimiz hərbi təmayüllü məhsulların ixracı bu ölkələr üçün sərfəli, bizim üçün isə perspektivli və gəlirlidir. Əsas bu ölkələrlə əlaqələrin yaradılması , ikitərəfli əməkdaşlığa vacib olan körpülərin salınmasıdır ki, bu sərgilərdə iştirak buna əla zəmin yaradır. Ümumi dinamikaya nəzər salanda başa düşmək olur ki, Azərbaycan Hərbi Sənaye Kompleksi 44 günlük müharibədən sonra xüsusi maraq dairəsindədir. Belə olan hada müharibə ilə sınaqdan çıxarılmış silah və sursatlar niyə də alınmasın? Bunu bir sıra ölkələr çox gözəl qəbul edir və bu səbəbdən Azərbaycanın hərbi sənaye məhsullarının ixracı üçün gözəl perespektivlər yaranır. 4,5 milyard dirəm, yəni, 1 milyard 225 milyon dollardan artıq sərginin ilk günündə imzalanan müqavilələrin dəyəridir və bu bu rəqəm tək ərəb şirkətlərinin imzaladıqları müqavilələrin məbləğidir. Nəzərə almaq lazımdır ki, bir sıra şirkət ölkələri ümumiyyətlə, belə sərgilərdə sadəcə razılığa gəlir və müqavilələr sonradan imzalanır. Qeydə alınmayan digər razılaşma və müqavilələri nəzərə alsaq, bu rəqəm 10 min milyarda yaxınlaşa bilər. Bu isə dünyada silah və hərbi texnologiyalara olan tələbatın göstəricisidir. Hələ onu da nəzərə almaq lazımdır ki, IDEX 2023 sərgisində iştirak edən ölkələrin bir qismi öz ölkəsini silah və sursatla tam təmin etmək iqtidarında deyil. Deməli, hər bir halda böyük ölkələrin şirkətləri öz məhsulunu sata, kiçik ölkələrin hərbi sənaye kompleksləri isə öz məhsullarını satmaqla paralel özünə lazım olanı da almaq niyyətindədir. Bu isə silah bazarında durmadan böyük dövriyyənin olduğunu göstərir. Belə silah bazarında çevik marketnq və razılaşma əldə etmək qabiliyyətinə malik sənədlərin qazanc əldə etmək şansları artır. Son dövrlərdə Azərbaycanın hərb məhsullarına artan maraq bizim dünya silah bazarında tutduğumuz kursun düzgün olduğunu göstərir.
Hazırladı: Tahirə AĞAMİRZƏ