22.11.2024, 00:22
AZ EN
05.12.2022, 11:26 324

Osman Kazımov düşmən maraqlarına xidmət edir

XƏBƏRLƏR
  • Qeyd edək ki, ötən gün vəkil Osman Kazımov sosial şəbəkələrdə Qarabağda ağır döyüşlərin getdiyi, şəhidlərimizin olduğu barədə məlumat paylaşıb. O iddia edib ki, hazırda Qarabağda 20 minlik nizami erməni ordusu var. Bu isə ictimaiyyət arasında böyük narahatlığa səbəb olub.

“Osman Kazımovun kim olduğunu bilmirəm, belə bir hərbi mütəxəssis tanımıram, onun yazdığı status tam dezinformasiyadır və tamamilə düşmən marağına xidmət edir”. Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev  Osman Kazımovun sosial şəbəkələrdə guya Qarabağda yenidən hərbi əməliyyatların başladığı, Aərbaycan Ordusunun çoxsaylı şəhid verdiyi barədə paylaşımına münasibət bildirərkən səsləndirib. Ekspert bildirib ki, Qarabağda nizami ordu yoxdur, orda olanlar fərari və cinayətkar erməni silahlılarıdır: “Göstərilən say da həqiqətə  qətiyyən uyğun deyil. Hərə öz bildiyi və anladığı işlə məşğul olsa daha  yaxşıdır”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər