01.05.2025, 01:59
AZ EN
10.10.2022, 11:45 540

Son iki gündə Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlanıb

XƏBƏRLƏR
  • Son iki gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb.

Müdafiə Nazirliyindən məlumat verilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

"Report"

Oxşar xəbərlər

SON XƏBƏRLƏR