20.04.2025, 06:21
AZ EN
19.04.2025, 10:17 174

Qazaxın azad edilmiş kəndlərində aşkarlanan minaların sayı açıqlandı

XƏBƏRLƏR
  • Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti nəticəsində 68,6 hektar ərazi minalardan təmizlənib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agnetliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, icra edilən əməliyyatlar zamanı 929 ədəd piyada əleyhinə, 95 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək, zərərsizləşdirilib.

Sözügedən ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.

Xatırladaq ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. (Trend)

Oxşar xəbərlər