06.02.2025, 00:46
AZ EN
25.10.2024, 12:50 299

Azərbaycan Ordusunda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

Oxşar xəbərlər