19.10.2024, 14:29
AZ EN
03.10.2024, 17:47 151

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

XƏBƏRLƏR
  • "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra olunub.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

Oxşar xəbərlər