05.08.2025, 12:15
AZ EN
04.04.2024, 15:08 371

ANAMA sədri: Hazırda Xankəndi, Xocalı, Kərkicahan və Malıbəylidə minatəmizləmə işləri aparılır

XƏBƏRLƏR
  • Hazırda Xankəndi, Xocalı, Kərkicahan və Malıbəylidə minatəmizləmə işləri aparılır.

Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, antiterror əməliyyatlarından sonra suverenliyin bərpa olunduğu ərazilərdə minatəmizləmə əməliyyatı başladı: "Biz orada yol kənarlarında, mülki bölgələrdə, binalarda, demək olar, bütün ərazilərdə çoxlu partlayıcı qurğular, silah-sursat ələ keçirmişik. Hazırda bir neçə yaşayış məntəqəsində təmizləmə işləri aparırıq. Xüsusilə Xocalı, Kərkicahan, Malıbəyli və Xankəndidə əhalinin köçürülməsi prosesi ilə bağlı fəaliyyət davam edir". (Report)

Oxşar xəbərlər