19.10.2024, 16:31
AZ EN
16.01.2024, 12:23 270

Azad olunan ərazilərdə 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb

XƏBƏRLƏR
  • 2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib: "Təəssüf ki, mina qurbanlarımız var. 2020-ci ildən bu günə qədər 341 nəfər minaya düşüb. Onlardan 65 nəfəri həlak olub". (Report)

Oxşar xəbərlər