20.09.2024, 01:53
AZ EN
15.12.2023, 16:07 267

General-mayor: "Mühəndis Qoşunları bu il 6 800 hektardan çox ərazini minadan təmizləyib"

XƏBƏRLƏR
  • Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının istehkam bölmələri bu il 6 800 hektardan çox ərazini minadan təmizləyib.

Bunu Mühəndis Qoşunlarının Baş İdarə rəisi general-mayor Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu əraziləri hazırda Mühəndis Qoşunlarının Xüsusi Minatəmizləmə Taborunun istehkam bölmələrinin həm xüsusi yetişdirilmiş itləri, həm də istehkamçıları minadan təmizləyir:

"Bu il ərzində İstehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə 6 800 hektardan çox ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib, 234 ədəd piyada, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış müxtəlif çaplı döyüş sursatları müəyyən edilərək zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə tapılmış partlamamış döyüş sursatlarının bir qismi də "Gödəkburun" poliqonunda məhv edilir". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR