22.11.2024, 10:45
AZ EN
04.11.2023, 10:54 144

Vüqar Süleymanov: "107 min hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib"

XƏBƏRLƏR
  • “Müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi təmin edilib”.

Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bu günədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib:

“Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.

V.Süleymanov söyləyib ki, minatəmizləmə səylərimizi dəstəkləmək, zərərçəkmiş insanlara kömək etmək və gələcək nəsillərin minaların dəhşətlərindən azad bir dünyada, sağlam və zərərsiz ətraf mühitdə yaşamasını təmin etmək üçün qurumlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti olaraq birləşmək onların məsuliyyətində olan məsələdir:

“Əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə biz daha təhlükəsiz, ekoloji daha təmiz və minalardan azad dünyaya yol açmalıyıq”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR