Videoreportajda iki fərqli dövrün müqayisəli mənzərəsi yaradılıb: 2024-cü ildə Kəlbəcərə hələ böyük köç başlamazdan əvvəl lentə alınan müsahibədə Xeyrənisə Baxışəliyeva gözlərindəki kədər və torpaq həsrəti ön plandadır. O, doğma yurduna qayıdacağına olan sarsılmaz inamını ifadə edir, hər gününü o günü görmək arzusu ilə yaşayır.
2025-ci ildə Kəlbəcərin azad nəfəsi altında, artıq öz yurdunda çəkilən müsahibədə isə Xeyrənisə nənə artıq qonaq deyil, ev sahibidir. Videoda onun Kəlbəcərin hər bir daşına, havasına olan bağlılığı və qayıdışdan sonra sanki yenidən doğulması əks olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanmış videoreportajı təqim edirik: