Memorandumun imzalanmasının əsas məqsədi, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasıdır. Əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhali və Dövlət Komitəsinin əməkdaşları üçün İnformasiya Texnologiyaları sahəsində yeni imkanların yaradılması, peşəkar kadr potensialının inkişaf etdirilməsi və innovativ təşəbbüslərin dəstəklənməsidir. Bununla da gənclərin fərdi və peşəkar inkişafına töhfə verilməsi nəzərdə tutulur.